Bizimhedef.az » gundem » Sumqayitda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti aparılır - FOTOLAR

Sumqayitda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti aparılır - FOTOLAR



Restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir

Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq" qanunsuz tikintilərə göz yummasıdır.

AzFakt.com-a daxil olan məlumata görə qanunsuz tikililərdən bir də hazırda Sumqayıt şəhəri 10-cu mikrarayon ərazisində yerləşən Yaşıl Ada restoranında həyata keçirilir. Bildirilir ki, Yaşıl Ada restoranının həyətində əlavə olaraq böyük bir restoran inşa edilir. Məlumata görə restoran sahibinin tikinti üçün rəsmi icazəsi yoxdur.

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Sumqayıt şəhəri 10-ci mikrarayonda yerləşən Yaşıl Ada reston sahibinin adı çəkilən qurumlardan rəsmi icazə sənədinin olmadığı bildirilir. Məlumata görə Yaşıl Ada restoranında qanunsuz tikintiyə icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "verilib".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Yazıda adı keçən qurumların münasibətini örgənməyə hazırıq.






Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya