Bizimhedef.az » gundem » Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...

Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...



Nərimanov metrosu yaxınlığında yerləşən Aristokrat Klinikasında daha bir saxta stomatoloq ifşa edilib.

Sosial şəbəkələrdə "Dentist.Anar" adı ilə tanınan Anar adlı şəxsin stomatologiya fəaliyyəti üçün heç bir icazə sənədi, diplom və sertifikasiyası yoxdur.

Bu, yalnız bir fırıldaqçılıq deyil, eyni zamanda insanların sağlamlığına və həyatına ciddi təhlükədir. Rəsmi icazəsi olmayan şəxsin tibbi müdaxilə etməsi qanunla qadağandır və bu cür hallar inzibati və hətta cinayət məsuliyyəti yaradır.

Son zamanlar saxta həkimlərə qarşı mübarizəsi ilə tanınan Qənirə Ataşova dəfələrlə belə fırıldaqçılara qarşı sərt addımların atılmasını tələb edib. Ümid edirik ki, bu ifşaedici məlumatdan sonra Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları dərhal araşdırmalara başlayacaq və bu təhlükəli fəaliyyətə son qoyulacaq.

Cəmiyyət olaraq sağlamlığımızı təhlükəyə atan saxta həkimlərə qarşı biganə qala bilmərik!(xususi.Tv)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya