Bizimhedef.az » dunya » 10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır

10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır

  • 4-04-2025, 10:16
  • dunya
  • 86
10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır


Artıq 10-12 ölkə Ukraynada müharibə başa çatdıqdan sonra çəkindirici qüvvələrin yerləşdirilməsi çərçivəsində Ukrayna üçün hərbi kontingentin formalaşdırılmasına qoşulmağa hazır olduğunu bildirib.

Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müavini Pavlo Palisa deyib.

"Yeganə sual, bunun hansı formatda həyata keçiriləcəyidir. Ona görə də hazırda müzakirələr gedir", - o qeyd edib.

Palisa vurğulayıb ki, Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərilməsinə və bu prosesə liderlik etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə Baltikyanı və Şimali Avropa ölkələri də prinsipcə Ukraynaya hərbi qüvvə göndərməyə hazırdırlar.

Palisa xatırladıb ki, Ukraynada “istəklilərin koalisiyası” çərçivəsində Baş Qərargahların hərbi nümayəndələrinin görüşü baş tutacaq və burada bu məsələnin detalları müzakirə olunacaq. “İndi ən vacib məsələ siyasi iradənin və hərbi potensialın olmasıdır", - o deyib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya