Bizimhedef.az » gundem » Ağcabədi səhiyyəsi: PULUN YOXDURSA... BATDIN! - GİLEY

Ağcabədi səhiyyəsi: PULUN YOXDURSA... BATDIN! - GİLEY

Ağcabədi səhiyyəsi: PULUN YOXDURSA... BATDIN! - GİLEY


Ağcabədi rayonunun Aran kəndində məskunlaşmış, əslən Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün Bəxtiyar Mirməmmədov öz müraciətində bildirir ki, övladl Zəhra Mirməmmədova iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, hazırda qızı nə danışa bilir, nə də yeriyə bilir. Bəxtiyar Mirməmmədov iddia edir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimləri Elnur Abdullayev və Gülər Həsənov övladının ağır yataq xəstəsi olmasına baxmayaraq, onu xəstə kimi qeydiyyata salmaqdan imtina edirlər. Vətəndaşın iddiasına görə, xəstəxanada yalnız rüşvət verən şəxslər qeydiyyata alınır ki, bu da davamlı müalicəsi tələb olunan övladının tibbi baxımsızlığına gətirib çıxarır. Yəni pulu olmadığından lazımi dava-dərmanı ala bilmir.

Şikayətçi qeyd edir ki, övladının əlilliyini verilməsinə mane olan həkimlərin özbaşnalığına əsəbiləşən atası da ific keçirib və hazırda vəziyyəti çox ağırdır.

O, aidiyyəti qurumlardan bu məsələni araşdırılmasını, Ağcabədi rayonunda özbaşınalıq edən həkimlərin cəzalandlrılmasını və övladına lazımi tibbi yardım göstərilməsini xahiş edir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya