Bizimhedef.az » dunya » Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq

Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq

  • 5-04-2025, 09:00
  • dunya
  • 94
Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq


ABŞ Rusiyanın Ukraynadakı müharibəni dayandırmağa hazır olub-olmadığını aylar yox, həftələr sonra biləcək.

Bunu ABŞ dövlət katibi Marko Rubio Brüsseldə NATO xarici işlər nazirləri ilə görüşdən sonra deyib.

"Prezident müharibəni bitirmək niyyətindədir və bunu öz administrasiyasından çox tez bir zamanda istəyir. Bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək olar. Əgər hər iki tərəf razılaşarsa. Biz indi o şərtləri tapmaq prosesindəyik və Rusiyanın sülhə hazır olub-olmadığını aylar yox, həftələr ərzində biləcəyik", - o deyib.

Rubio əlavə edib ki, Putin sülhə hazır olub-olmadıqlarına qərar verməlidir. "Biz indi onun sözlərinə deyil, hərəkətlərinə baxırıq", - Rubio bildirib.

Dövlət katibi xəbərdarlıq edib ki, Rusiya sülh prosesini gecikdirərsə, Tramp Moskva ilə danışıqları dayandıracaq:

"Əgər gecikdirmə taktikası olsa, biz bunda maraqlı olmayacağıq, Tramp sonsuz danışıqlarda iştirak etməyəcək".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya