Bizimhedef.az » bolge » Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb

  • 7-04-2025, 14:10
  • bolge
  • 114


Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya