Bizimhedef.az » hadise » Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış

Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış

Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış


Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 87 min manat pulu oğurlanıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, vətəndaşlara məxsus 20 000, 17 000, 16 000, 15 000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bildirilib ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir: “Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Xatırladaq ki, DİN-in məlumatına görə, aprelin 7-si isə kartlardan 67 min manat oğurlanıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya