Bizimhedef.az » gundem » Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto


Xətai rayonu Lütfüzadə küçəsinin sakinləri səkilərin obyekt sahibləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Bakuplus.az-a danışan sakinlər bildiriblər ki, sözügedən küçədə yolun hər iki tərəfi obyektlər tərəfindən zəbt edildiyindən piyadaların sərbəst hərəkəti üçün çətinlik yaranır. Onlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədirlər, bu isə insan həyatı üçün təhlükəlidir.

Sakinlərin sözlərinə görə, müxtəlif media orqanları mövzunu dəfələrlə işıqlandırsalar da, rəsmi qurumlar hər hansı tədbir görməyib.

Xətai sakinləri şikayət edərэл bildirirlər ki, konkret olaraq Sarayevo küçəsində ağacların kəsilməsi bir neçə ildir davam edir, məhv edilən yaşıllıq ərazində müxtəlif obyektlər, kafe və restoranlar tikilir. Bu barədə xəbər dərc olunmuşdur. Sözügedən ərazidə bu yaxınlarda da ağaclar kəsilib, yeni restoranın tikiləcəyi gözlənilir.

Sakinlər bildirirlər ki, şikayətlərə, mövzuya mətbuatın həssas münasibətinə baxmayaraq “ağac qətliamı”nın qarşısını almaq mümkün olmayıb.






Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya