Bizimhedef.az » hadise » “Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video

“Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video

“Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video


Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.

Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

***

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə saat 06:10 radələrində Nizami rayonu Heydər Əliyev prospektində baş verib:

“JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya