Bizimhedef.az » hadise » Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video

Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video

Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video


Hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə FHN-in 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya