Bizimhedef.az » siyaset » Azərbaycan və Gürcüstan dövlət başçılarının qarşılıqlı səfərləri

Azərbaycan və Gürcüstan dövlət başçılarının qarşılıqlı səfərləri

Azərbaycan və Gürcüstan dövlət başçılarının qarşılıqlı səfərləri



Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Təməli Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulan, hər iki ölkənin dövlət və hökumət başçıları tərəfindən davam etdirilən qarşılıqlı səfərlər, parlament diplomatiyaları, imzalanan sənədlər nəticəsində daha da möhkəmlənən əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan arasındakı mehriban qonşuluq münasibətləri beynəlxalq münasibətlər sistemi üçün ən gözəl nümunə sayıla bilər. İstər regional, istərsə də Avropanı əhatə edən mühüm layihələrin icrasında Azərbaycan və Gürcüstanın birgə iştirakı, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri hər iki dövlətin yaxın dost, strateji müttəfiq olduqlarını təsdiqləyir. Xatırladaq ki, İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev Gürcüstana bir dövlət, bir rəsmi, doqquz işgüzar səfər edib. Bütün bunlar da onu göstərir ki, Azərbaycan-Gürcüstan həmişə bir-birilərini münasibətdə, beynəlxalq nüfuzlu təşkilatlarda müdafiə etmişlər və hər zaman qarşılıqlıdır. Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib. Gürcüstan və Azərbaycan tarix boyu olduğu kimi, yenə də mehriban qonşuluq və strateji siyasət kursuna sadiqdirlər. Bu səfər həm də ölkələrimiz arasında faydalı əməkdaşlıq üçün yeni bir səhifənin açıldığını göstərir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya