Nərimanov rayonunda bu tikintiyə kim icazə verib? - VİDEO

Nərimanov rayon ərazisində qanunsuz tikinti işləri aparılıb.
AzFakt.com xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində bəzi işbazlar qanunsuz tikinti işləri aparırlar. Aparılan tikinti işlərinə icazənin isə rayon icra hakimiyyətindən verildiyi hər kəsə məlumdur.
Sosial şəbəkələrdə Nərimanov rayonunda daha bir qanunsuz obyektin inşa edilərək istifadəyə verilməsi barədə görüntülər yayımlanıb. Həmin məlumatda bildirilir ki, qısa zamanda inşa edilən obyektin tikintisinə "icazəni" Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilib.
Əldə etdiyimiz məlumata görə Nərimanov rayonunda tikinti işlərinə nəzarət və "icazə" icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Rüfər Əhmədzadə rəhbərlik edir.
Qeyd edək ki, 2022-ci ildən Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayevdir.































