Bizimhedef.az » hadise » Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar

Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar

Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar


Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.

Dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.

Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya