Bizimhedef.az » hadise » İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı



İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya