Bizimhedef.az » dunya » Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir

Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir

  • 22-04-2025, 12:20
  • dunya
  • 82
Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir


Dünən vəfat edən Roma Papası Fransisklə vida mərasimi keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, mərasim Papanın Vatikandakı iqamətgahında təşkil edilib.

Hələ ki Papa Fransisklə vida mərasimində Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal iştirak edir.

Sabah isə pontifikin tabutu ictimai vida mərasimi üçün Müqəddəs Pyotr bazilikasına aparılacaq. Sözügedən mərasim isə üç gün davam edəcək.

Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. İlkin ehtimala görə, pontifik aprelin 26-da dəfn olunacaq.

Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya