Bizimhedef.az » bolge » "Əhalini İncidən Rüşvət Şəbəkəsi: Xəzər Rayonundakı Haqsızlıqlara Müdaxilə Edin, Cənab Prezident!"

"Əhalini İncidən Rüşvət Şəbəkəsi: Xəzər Rayonundakı Haqsızlıqlara Müdaxilə Edin, Cənab Prezident!"

  • 24-04-2025, 15:18
  • bolge
  • 90
"Əhalini İncidən Rüşvət Şəbəkəsi: Xəzər Rayonundakı Haqsızlıqlara Müdaxilə Edin, Cənab Prezident!"


Cənab Prezident İlham Əliyev,

Bu müraciəti Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova ünvanlamaq istərdik ki, baş verənlərə müdaxilə etsin və tədbir görsün. Lakin, təəssüf ki, Binə qəsəbəsinin icra nümayəndəsi və onun ştatdankənar "qoçuları", özlərini "yeraz" Samir və Namiq kimi təqdim edənlər, İcra Hakiminin adı altında qanunsuz fəaliyyətlə məşğul olurlar. Bu şəxslər, qanunun aliliyini nəzərə almadan, sizin tapşırıqlarınızı kobud şəkildə pozaraq əhalini incidir, rüşvət alır və özbaşınalıq edirlər.

Binə qəsəbəsində, bir tərəfdən yeni tikililər sürətlə inşa edilir, digər tərəfdən isə qanunsuz olaraq evlər sökülür. Hər iki vəziyyət rüşvət və qanunsuzluq mənbəyi olmuşdur. Məsələn, tikinti üçün 3000 manat, iki mərtəbəli tikinti üçün isə 6000 manat tələb olunur. Evləri sökənlər isə bu əməliyyatı sizin adınızla həyata keçirirlər, halbuki siz "sənədsiz evlərin qanun çərçivəsində sənədləşdirilməsini" tapşırmısınız. Əhali isə buna etiraz etdikdə, onlara "Prezidentin tapşırıqlarına uyğun olaraq fəaliyyət göstəririk, gedin sözünüzü Prezidentə deyin" cavabı verilir.

Bir sual yaranır: Yaxud, doğrudan da Elşən Salahovun "dayısına" elə gəlir ki, həqiqətən Xəzər rayon sakinlərinin Elşən sevgisi o qədər böyükdür ki, pul yığıb "yuxarılara" çatdırmağa tələsirlər ki, Prezident onu vəzifədən azad etməsin? Bu özbaşınalığın, həyasızlığın dar və primitiv bazar düşüncəsinin güvənli enerji mənbəyi olmasa belə cılız və cahil üsullarla əlini ,qolunu sallayıb rahat,saymazyana gəzmək mümkün ola bilməzdi.


Sizin tapşırıqlarınıza məhəl qoyulmadan, bu şəxslər hər gün daha çox qanunsuz əməllər həyata keçirirlər. Bu, yalnız sizin adınızla həyata keçirilən işlərin deyil, həm də Xəzər rayonunun sakinlərinin hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Binə qəsəbəsinin sakinləri artıq bu haqsızlıqdan doymuş və əziyyət çəkirlər. Cənab Prezident, bizə kömək edin, bu quldurlara son qoyun. Onların tərəfindən həyata keçirilən qanunsuzluqların araşdırılması, hüquq mühafizə orqanlarına tapşırılmalıdır.

Əminik ki, Xəzər rayonunun sakinləri, Allahın və sizin köməyinizlə bu haqsızlığa son verəcəkdir. Bütün bu hadisələrin altında milyonluq villasını ucaldan Ərəstunun əməllərini hüquq mühafizə orqanlarının araşdırması vacibdir. Binə camaatının ah-naləsi bu haqsızlığın uzun sürməsinə imkan verməyəcək.

Redaksiya olaraq, Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya