Bizimhedef.az » gundem » İcra başçısı Şirvanda baş verən "yaşıl ağacların qətliamdan" xəbərsizdir? - VİDEO

İcra başçısı Şirvanda baş verən "yaşıl ağacların qətliamdan" xəbərsizdir? - VİDEO



Şirvan şəhərində ağacların qanunsuz kəsilməsi və kəsilmiş ağacların yerində müxtəlif obyektlərin inşa olunması adi hal alıb.

Redaksiyamıza bu hadisə ilə bağlı daxil olan növbəti məlumatı Vetenperverler tv.az saytının jurnalistləri tərəfindən araşdırılmaq və məlumatın dəqiqliyini yoxlamaq üçün çəkikiş qurupumuz Şirvan şəhərinə yola düşdü.

Məlumatı yerində araşdıran çəkiliş qurupumuz sözü gedən yaşıllıqların məhv edilməsi hadisəsini Şirvan şəhərinin Naxçıvan küçəsində qarşılaşıblar. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişmısindən Naxçıvan küçəsi ilə irəli gedərkən yolun sağ kənarında ağaclar kəsildiyini, kəsilmiş ağacların kötükləri üzərinin betonlanmasının şahidi olublar. Maraqlıdır, bu qədər ağacın kəsilib yol açılması kimin maraq dairəsindədir?

Başqa sözlə desək, bu ağaclar kimin yoluna kəsib ki, ağaclar barədə “yaşıl qətliam” hökmü çıxarılıb?! Apardığımız sorğuya əsasən, ağacların kəsilməsində Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimovun atası Əhmədağa İbrahimovun əməli olduğu ehtimal olunur.

Kəsilmiş ağacların yerində betonlanmış yol Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimovun atası Əhmədağa İbrahimovun obyektinə doğru istiqamətlənib...

Bütün bunları bir kənara qoyub, yaşıllığa qənim kəsilənlərin kim olmasını və Şirvanın şəhər icra başçısı İlqar Abbasovun ağac qətliamında xəbərsiz olmaması mümkün deyil və əsil səbəbkarı müəyyən etmək məqsədilə jurnalist araşdırmasına başlamışıq. Bu yerdə məhşur kinomuzda olan bir fraqmenti xatırlamaq yerinə düşür.

P.S. Qeyd edək ki, orxan İbrahimovun atası Əhmədağa İbrahimov da məmurdur. Əhmədağa İbrahimov Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində işləyir. Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub....
"İNDİ SİZ DEYİN, ONU BAĞIŞLAMAQ OLARMI?"


Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya