Bizimhedef.az » gundem » Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA

Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA

Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA


2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 6 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun taleyinə gələn həftə tam aydınlıq gətiriləcək. Bu barədə "DİA-AZ"a danışan mötəbər mənbə iddia edir ki, İlqar Abbasova qarşı hazırda konkret ittiham var.

Mənbənin söylədikləri: "Burada məsələ təkcə Abbasovun qohumbazlıq və yaxud da hansısa şəxsi maraq siyasətindən getmir. Əsas ittihamlarda Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəyləri yer alıb ki, bu da vəziyyətin Abbasov üçün kifayət qədər gərgin olmasından xəbər verir".

Mənbə əlavə olaraq bildirib ki, gələn həftə Şirvan rayon icra hakimiyyətinin binasında 'qara maskalılar'ın görünməsi ehtimalı olduqca yüksəkdir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya