“Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi olub
- 22-05-2025, 09:22
- idman
- 74

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.
həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.
Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.
Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla "Tottenhem" titulun sahibi olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.






























