Bizimhedef.az » Azərbaycanlı tələbələr Avropa Universitetləri Futzal Çempionatının qalibi olub -Fotolar

Azərbaycanlı tələbələr Avropa Universitetləri Futzal Çempionatının qalibi olub -Fotolar

  • 26-07-2025, 10:28
  • ---
  • 67
Azərbaycanlı tələbələr Avropa Universitetləri Futzal Çempionatının qalibi olub -Fotolar


Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.

Beynəlxalq yarışda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya