Bizimhedef.az » dunya » Suriyadan tarixi qərar: Parlament seçkiləri bu tarixdə keçiriləcək

Suriyadan tarixi qərar: Parlament seçkiləri bu tarixdə keçiriləcək

  • 28-07-2025, 12:06
  • dunya
  • 73
Suriyadan tarixi qərar: Parlament seçkiləri bu tarixdə keçiriləcək


Bəşər Əsədin devrilməsindən sonra Suriyada ilk seçkilərin sentyabrda keçirilməsi planlaşdırılır.

Bu barədə Suriya Xalq Məclisinin Seçkilər üzrə Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd məlumat verib.

O bəyan edib ki, prezident Əhməd Şara Suriyanın bütün əyalətlərində seçkilərin keçirilməsinin tərəfdar olması ilə yanaşı, cinayətkarların, ölkənin parçalanmasına dəstək verənlərin və məzhəbçiliyə çağıranların seçkilərdən kənarlaşdırılmasını tələb edib.

Suriyada deputatların sayının 150-dən 210-a çatdırılacağını qeyd edən Əl-Əhməd bildirib ki, seçki sentyabrın 15-20-də keçirilməsi nəzərdə tutulur. Qadınların da seçkilərdə iştirakını vurğulayan Əl-Əhməd qeyd edib ki, qadın namizədlərin sayı ən azı 20 faiz olacaq. Seçkidə ən azı 20 qadın iştirakçı olacaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya