Bizimhedef.az » hadise » DİN və DSX əməliyyat keçirdi - Axtarışda olan şəxs saxlanıldı

DİN və DSX əməliyyat keçirdi - Axtarışda olan şəxs saxlanıldı

DİN və DSX əməliyyat keçirdi - Axtarışda olan şəxs saxlanıldı


Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya