Bizimhedef.az » siyaset » İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib


Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutterə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya