Bizimhedef.az » dunya » Paşinyanın yoldaşı Ərdoğanın kitabını oxuyacaq

Paşinyanın yoldaşı Ərdoğanın kitabını oxuyacaq

  • 7-08-2025, 09:42
  • dunya
  • 71
Paşinyanın yoldaşı Ərdoğanın kitabını oxuyacaq


Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını oxumağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, A.Akopyan bu barədə feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hazırda Mel Robbinsin 50 dilə tərcümə olunan “The Let Them Theory” kitabını bitirib və Çin Sədri Si Cinpinin kitabını oxumağa başlayıb:

“Bunu bitirdikdən sonra oxuyacağım növbəti kitab Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabıdır”.

Xatırladaq ki, Ərdoğan sözügedən kitabı Paşinyana 2024-cü ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutan görüş zamanı hədiyyə etmişdi.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya