Bizimhedef.az » sosial » DYP yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib

DYP yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib

DYP yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib


Hazırda Bakıda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər:

"Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. İdarə əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya