Bizimhedef.az » dunya » Zelenski: Planım çox sadədir

Zelenski: Planım çox sadədir

  • 13-08-2025, 11:20
  • dunya
  • 61
Zelenski: Planım çox sadədir


Ukrayna Prezident Volodimir Zelenski Rusiya ilə mümkün atəşkəsin əldə edilməsi üçün şərtlərini açıqlayıb.

Müharibəyə son qoymaq şərtlərini açıqlayan Zelenski deyib: "Planım çox mürəkkəb deyil, çox sadədir: atəşkəs. Atəşkəs zamanı biz ABŞ-nin vasitəçiliyi və dəqiq təhlükəsizlik zəmanəti ilə məsələləri müzakirə edib həll etməliyik. Kim nəyə təminat verə bilər? Məsələn, Avropa nəyə zəmanət verə bilər, ABŞ nəyə zəmanət verə bilər, ruslar nəyə zəmanət verə bilər? Kim bilir? Ortaq mövqe olmalıdır".

Zelenski eyni zamanda Ukrayna və Avropanın gələcək danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. "Mənim üçün Avropanın müəyyən şəkildə prosesə cəlb olunması çox vacibdir, çünki hazırda Avropadan başqa bizə təhlükəsizlik zəmanəti verən heç kim yoxdur", - o qeyd edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya