Bizimhedef.az » idman » Klublarımız cavab oyunlarına çıxır - Konfrans Liqası

Klublarımız cavab oyunlarına çıxır - Konfrans Liqası

  • 14-08-2025, 10:28
  • idman
  • 43
Klublarımız cavab oyunlarına çıxır - Konfrans Liqası


"Sabah" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar.

Paytaxt təmsilçisi Bakıda Bolqarıstanın "Levski" (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. "Bayquşlar" səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya