Bizimhedef.az » siyaset » Prezident bu qurumun əsasnaməsini təsdiqlədi

Prezident bu qurumun əsasnaməsini təsdiqlədi

Prezident bu qurumun əsasnaməsini təsdiqlədi


Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiq edilib.

“Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib.

Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər.

Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında istifadəyə yol veriləcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya