Bizimhedef.az » dunya » Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

  • 18-08-2025, 09:56
  • dunya
  • 65
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub


Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib.

“Qafqazinfo” Ukraynanın “Unian” portalına istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.

Məntəqə “Shahed” tipli PUA ilə vurulub.

Hadisə ilə bağlı detallar açıqlanmayıb.

Xatırladaq ki, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya