Bizimhedef.az » hadise » 30 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

30 kiloqramdan artıq narkotik vasitə aşkar edildi



Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Komitə xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya