Bizimhedef.az » siyaset » Erməni diplomatlar Zəngəzurda toplaşırlar

Erməni diplomatlar Zəngəzurda toplaşırlar

Erməni diplomatlar Zəngəzurda toplaşırlar


Ermənistan Xarici İşlər Nazirliyinin səfirlərinin iştirakı ilə illik müşavirəsi avqustun 25-27-də Zəngəzurda Qafan şəhərində keçiriləcək.

“hraparak” xəbər verir ki, XİN-in illik müşavirəsinin Zəngəzurda keçirilməsi təsadüf seçilməyib. “Vaşinqtonda “Trampın yolu” sazişinin imzalanmasından sonra bu region və burada reallaşacaq dəhliz xarici siyasətimizin ən problemli və ən həssas nöqtəsidir”, - nəşr yazıb.

Nəşrin yazdığına görə, müşavirə zamanı erməni səfirlər və diplomatlar ərazi ilə, xüsusən də “Zəngəzur dəhlizi”nin keçəcəyi yerlərlə tanış ediləcəklər. Bildiriləcək ki, reallaşacaq dəhliz Ermənistanın suverenliyinə heç bir xələl gətirmir.

Nəşr onu da yazıb ki, həmin günlərdə Ermənistanda akkreditə olunmuş xarici səfirlər də Zəngəzura gedəcək, onlar da müqavilələrin yeri və təfərrüatları ilə tanış olacaqlar.

“Hraparak”ın yazdığına görə, artıq Qafan və ətraf şəhərlərdəki hotel otaqları toplaşmadan bir həftə əvvəl bron edilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya