Bizimhedef.az » dunya » Deportasiya edildilər, avtobusda diri-diri yandılar - 71 ölü

Deportasiya edildilər, avtobusda diri-diri yandılar - 71 ölü

  • 20-08-2025, 10:39
  • dunya
  • 88
Deportasiya edildilər, avtobusda diri-diri yandılar - 71 ölü


İrandan Əfqanıstana deportasiya edilən miqrantları daşıyan avtobus toqquşma nəticəsində qəzaya uğrayaraq yanıb.

Əfqanıstanın Herat vilayətinin mədəniyyət və informasiya direktoru Əhmədullah Müttəki X sosial media platformasında qəza ilə bağlı məlumat verib.

Müttəki bildirib ki, İrandan deportasiya edilən miqrantları daşıyan avtobus motosiklet və yük maşını ilə toqquşub. Toqquşmadan sonra avtobus yanıb, 71 nəfər həlak olub.

“Tolonews”un verdiyi məlumata görə, toqquşma nəticəsində avtobusun alovlandığını və onlarla insanın həyatını itirib.

Qəzada həyatını itirənlərin dəqiq sayı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya