Bizimhedef.az » dunya » Rusiya Vaşinqton bəyannaməsinə görə Paşinyana xəbərdarlıq edib

Rusiya Vaşinqton bəyannaməsinə görə Paşinyana xəbərdarlıq edib

  • 22-08-2025, 11:35
  • dunya
  • 100
Rusiya Vaşinqton bəyannaməsinə görə Paşinyana xəbərdarlıq edib


Bir gün əvvəl Ermənistana gələn Rusiya baş nazirinin müavini Aleksey Overçukun baş nazir Nikol Paşinyanla xoşagəlməz söhbəti olub.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbəyə istinadən yazır.

Mənbənin sözlərinə görə, Rusiya Vaşinqton bəyannaməsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərinə, xüsusən də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır. Bununla bağlı Rusiya tərəfi Paşinyana xəbərdarlıq edib ki, “Ermənistanın gömrük orqanlarının gömrük nəzarətini həyata keçirməyəcəyi üzə çıxsa, İrəvanda problemlər yaranacaq”.

Məqalədə deyilir: “Paşinyan seçim qarşısındadır: ya Ermənistanı Aİİ-dən çıxaracaq, ya da sanksiyalara məruz qalacaq, sonra isə təşkilatdan kənarlaşdırılacaq”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya