Bizimhedef.az » gundem » Nəsimi rayonunda təhlükəli vəziyyət: 20 Yanvar metrosunun yanında bina zirzəmisi qanunsuz qazılır

Nəsimi rayonunda təhlükəli vəziyyət: 20 Yanvar metrosunun yanında bina zirzəmisi qanunsuz qazılır





Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən yaşayış binasında təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, binanın zirzəmi hissəsi gecələr gizli şəkildə qazılır və bu işlər nəticəsində bina qəzalı vəziyyətə düşmək riski ilə üz-üzədir.

İntertv.az xəbər verir ki, Məsələni daha da narahat edən məqam isə bu hadisənin metronun bilavasitə yaxınlığında baş verməsidir. Yəni, qanunsuz qazıntılar yalnız bina sakinlərinin deyil, eyni zamanda minlərlə vətəndaşın gündəlik istifadə etdiyi metro ərazisinin təhlükəsizliyini də sual altına alır.

Sakinlər bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələlik ciddi tədbir görülməyib. Onlar haqlı olaraq soruşurlar: bu cür həyati əhəmiyyətli ərazidə aparılan qanunsuz işlərə kim nəzarət etməlidir və niyə vaxtında müdaxilə olunmur?

Məsələ ilə bağlı müvafiq qurumların təcili olaraq hərəkətə keçməsi, binanın vəziyyətinin yoxlanılması və sakinlərin həyatını təhlükəyə atan halların qarşısının alınması vacibdir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya