Bizimhedef.az » siyaset » Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - Fotolar

Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - Fotolar

Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - Fotolar


Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.

“AZƏRTAC xəbər verir ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlət başçısına bir daha təşəkkürünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya