Bizimhedef.az » hadise » Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - Video

Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - Video

Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - Video


Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, meyxanaçının yaxınları ilə görüntülü telefon danışığı sosial şəbəkələrlə paylaşılıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya