Bizimhedef.az » siyaset » Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub

Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub

Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub


Zəngəzur dəhlizinin bəyan edilməsi, Azərbaycan tərəfinin əsas tələblərinin əsaslı şəkildə tanınması deməkdir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında bağlanan sazişlər regionda sülh üçün gözəl mənzərə yaradır.

"Hadisələrin ilk günündən amerikalılar gəlib azərbaycanlı qardaşlarımızla danışmağa başladığı andan bu məsələ bizimlə razılaşdırılaraq həll olunub", - Hakan Fidan bildirib

O əlavə edib ki, Zəngəzur dəhlizi bəyan edildikdən sonra konkret format hələ müəyyən edilməyib: “Bu, tərəflərin danışıqlar zamanı öz aralarında müzakirə edəcəyi konsepsiya kimi qəbul edilir”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya