Bizimhedef.az » idman » DÇ-2026: Azərbaycan millisinin heyəti açıqlandı

DÇ-2026: Azərbaycan millisinin heyəti açıqlandı

  • 29-08-2025, 12:50
  • idman
  • 83
DÇ-2026: Azərbaycan millisinin heyəti açıqlandı


Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Yığmanın baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə 24 futbolçu dəvət edib.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də "Lauqardalsvollur" stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya