Bizimhedef.az » idman » Nəhayət, "Qarabağ"ın hücumçusu gəlir

Nəhayət, "Qarabağ"ın hücumçusu gəlir

  • 2-09-2025, 09:52
  • idman
  • 56


"Qarabağ" uzun müddətdir davam edən axtarışlardan sonra hücumçusunu tapıb.

Ağdam klubu Juninyonu geri qaytarır. Tərəflər arasında danışıqlar müsbət nəticə verib.

Braziliyalı futbolçu yenidən "Qarabağ"a qayıdır. O, bu ilin yanvarında 5 milyon avroya "Flamenqo"ya transfer olmuşdu.

Onun Braziliya klubunda karyerası istədiyi kimi getməyib və əsasən ehtiyatda qalıb.

Juninyo "Qarabağ" forması ilə 81 oyunda 42 qol vurmağı bacarıb.

Qeyd edək ki, bu gecə Çempionlar Liqasına yekun heyətlər təqdim ediləcək. (sportinfo.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya