Bizimhedef.az » siyaset » Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir

Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir

Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir


Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir.

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:

"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".

M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminə 7 faizi məhv olub:

"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya