Bizimhedef.az » idman » Rusiya nümayəndə heyəti Bakıya gələcək

Rusiya nümayəndə heyəti Bakıya gələcək

  • 4-09-2025, 12:45
  • idman
  • 42
Rusiya nümayəndə heyəti Bakıya gələcək


Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev danışıb.

Nazir bildirib ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ona dəvət ünvanlayıb: “Nümayəndə heyətimiz Bakıya səfərə hazırlaşır. Orada MDB Oyunları keçiriləcək. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Lakin öz səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 28-dən oktyabrın 8-dək III MDB Oyunları keçiriləcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya