Bizimhedef.az » dunya » İsrail Suriyaya hava zərbəsi endirib

İsrail Suriyaya hava zərbəsi endirib

  • 9-09-2025, 12:50
  • dunya
  • 72
İsrail Suriyaya hava zərbəsi endirib


İsrail Suriyanın Homs, Latakiya və Palmira yaxınlığındakı ərazilərə silsilə hava zərbələri endirib.

"Reuters" xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi hücumları kəskin şəkildə pisləyib və onları "suverenliyin kobud şəkildə pozulması" və bütün regionun təhlükəsizliyinə təhdid adlandırıb.

Rəsmi açıqlamada qeyd olunub ki, bu zərbələr İsrailin son aylarda həyata keçirdiyi silsilə gərginliyin davamı hesab olunur.

Eyni zamanda Suriya mediası hava hücumları nəticəsində dağıntıların miqyası və qurbanların sayı barədə təfərrüatları açıqlamayıb. İsraildən də rəsmi şərh gəlməyib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya