Bizimhedef.az » sosial » Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür


Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.

2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.

Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.

Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur və "Rəqəmsal məktəb" platforması fəaliyyətə başlayır.

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

Məlumat üçün bildirək ki, son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya