Bizimhedef.az » sosial » Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb


15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb.

Şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.

Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub.

Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya