Bizimhedef.az » dunya » İsrailli tələbələri qəbul etməyəcəklər

İsrailli tələbələri qəbul etməyəcəklər

  • 16-09-2025, 09:21
  • dunya
  • 35
İsrailli tələbələri qəbul etməyəcəklər


Böyük Britaniya hökuməti gələn ildən etibarən İsraildən olan tələbələri nüfuzlu Müdafiə Araşdırmaları Kral Kollecinə qəbul etməmək qərarına gəlib.

"Bu barədə "Telegraph" qəzeti Britaniya Müdafiə Nazirliyinin mətbuat katibinə istinadla xəbər yayıb.

Nazirlik nümayəndəsinin vurğuladığına görə, bu qərar Qəzzada müharibəyə diplomatik yolla son qoymaq zərurəti ilə bağlıdır. Buraya dərhal atəşkəsin elan olunması, girovların geri qaytarılması və anklav əhalisinə humanitar yardımın genişləndirilməsi daxildir.

İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram bu qərarı "müharibə vəziyyətində olan müttəfiqə qarşı dərin qeyri-loyallıq aktı" adlandırıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya