Bizimhedef.az » gundem » İlham Əliyev "Qarabağı" təbrik edib

İlham Əliyev "Qarabağı" təbrik edib

İlham Əliyev "Qarabağı" təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağı" təbrik edib.

Təbrikdə deyilir:

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya