Viləşçay Su Anbar İstismar idarəsinin rəisi Akif Həmidov və idarənin Qurğu rəisi İlham Vəliyev su anbarını balıq vətəgəsi kimi istifadə edirlər
Viləşçay Su Anbar İstismar idarəsinin rəisi Akif Həmidov və idarənin Qurğu rəisi İlham Vəliyev su anbarını balıq vətəgəsi kimi istifadə edirlər.
Əldə edilən video görüntülərdən açıq aydın görünür ki, Masallı və Cəlilabad rayonunu içməli su ilə təmin edən Viləşçay su anbarının ətrafında palıq satmaq məqsədi ilə xüsusi yerlər hazırlanıb. Həmçinin kiçik qayığlar vasitəsi ilə balıqçılar sintetik torlardan istifadə edərək su anbarından balıq tutduqları açıq aydın görünür.
Belə olan halda su anbarının saxlanılması üçün dövlət büdcəsindən ayrılmış pul vəsaiti anbarda içməli su ehtiyyatını çirklənmədən təmizlənməsi üçün əlavə israf edilir.
Maraqlıdır görəsən Masallı Viləşçay Su anbarında biznes məqsədi ilə saxlanılan balıqlardan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun da payı var?
Bəs Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Lənkaran-Astara Regional idarəsi hara baxır. Olmaya onunda bu balıq biznesində marağı var?regionaz.tv






























