Bizimhedef.az » hadise » Bu gün Azərbaycana payız gəlir

Bu gün Azərbaycana payız gəlir

  • 22-09-2025, 16:00
  • hadise
  • 184
Bu gün Azərbaycana payız gəlir


Bu gün axşam saatlarından etibarən Azərbaycanda payız fəsli başlayacaq.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəsli Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Bu axşam həm də payız bərabərliyigünü olacaq, yəni gecə-gündüz bərabərliyi baş verəcək. Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olacaq. Başqa sözlər, gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla bərabər böləcəklər. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və astronomik payız başlayacaq.

Payız fəsli başlayandan sonra isə gecələr tədricən uzanacaq, gündüzlər isə tədricən qısalacaq.

2025-ci ildə qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya