Bizimhedef.az » hadise » Azərbaycanda içində müəllimlərin olduğu mikroavtobus aşdı, 20-yə yaxın yaralı - Yenilənib

Azərbaycanda içində müəllimlərin olduğu mikroavtobus aşdı, 20-yə yaxın yaralı - Yenilənib

Azərbaycanda içində müəllimlərin olduğu mikroavtobus aşdı, 20-yə yaxın yaralı - Yenilənib


Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

Rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Report xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya