Bizimhedef.az » hadise » Xaçmazda əməliyyat: saxlanılan var - VİDEO

Xaçmazda əməliyyat: saxlanılan var - VİDEO

Xaçmazda əməliyyat: saxlanılan var - VİDEO


Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.



Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya